Mobil versiya
Hadı Rəcəbli Monterey şəhər şurasının rəhbəri ilə görüşdü
Tarix: 06-10-2018 | Saat: 14:45
Bölmə:Siyasət | çapa göndər

Hadı Rəcəbli Monterey şəhər şurasının rəhbəri ilə görüşdü


Bu günlərdə ADA Universitetində Amerika Birləşmiş Ştatlarının Kaliforniya Ştatının Monterey şəhər şurasının rəhbəri xanım Nancy Julia Selfridge ilə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin görüşü olub.



Bir neçə gün öncə Kaliforniya ştatının siyasi nümayəndələrinin ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımını pisləməsi söhbətin girişində xüsusilə qeyd olundu.



Görüş zamanı komitə sədri Hadi Rəcəbli və xanım Nancy Julia Selfridge Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı işğalçı dövlətin apardığı siyasəti pislənmişlər. Qeyd olunmuşdur ki, məhz İlham Əliyev cənablarının ölkədə yaratdığı tolerant və multikultural şəraitin nəticəsidir ki, Kaliforniyanın məşhur şəhərlərindən biri olan, əhalisi otuz mini keçmiş Monterey ilə Lənkəranın dostluğu ili-ildən daha da möhkəmlənir. Hadi müəllim xanım qonaqla Lənkərandakı maraqlı görüşlərini də yada saldı. Söhbət əsnasında məlum oldu ki, Kaliforniya Ştatında əhalinin iki yüz min nəfərini İran Azərbaycanlıları təşkil edir.



Görüşdə Komitə sədri son illər dünya dövlətlərinin Azərbaycana olan münasibətlərinin və marağının xeyli artdığını xüsusən vurğuladı. Buna bariz nümunələrdən biri kimi, son bir neçə il ərzində Monterey şəhəri ilə Lənkəran arasındakı münasibətlərin yaxşılaşması xüsusilə qeyd olundu. Qardaşlaşmış şəhərlər 2011-ci ildən başlayaraq nümayəndə heyətləri ardıcıl qarşılıqlı səfərlərini təşkil edir, görüşlər həyata keçirir və münasibətlərin istiləşməsi üçün hər iki meriya rəhbərlikləri və ictimaiyyət nümayəndələri bu sahədə əllərindən gələni əsirgəmirlər. Sevindirici haldır ki, Monterey şəhərinin mərkəzində qardaşlaşmış şəhərlərə yönələn oxlar üzərində Lənkəranın adı da qeyd olunmuşdur.



Monterey şəhərində ayrı-ayrı dillərin öyrənilməsi ənənəsi artıq şəhərin atributuna çevrilmişdir. Burada dünyanın 10 dili üzrə ixtisaslaşan tanınmış təhsil ocaqları mövcuddur. Şəhərdə qədim mədəniyyətə maraq, dünyanın məşhur akvariumlarından birinin olması turizm üçün geniş şərait yaradır. Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının aqrar sahənin inkişafı ilə əlaqədar apardığı ölkə miqyaslı siyasətə Monterey şəhər şurası da maraqlı təkliflərlə dəstək olmaq marağındadır.



Maraqlı və konstruktiv müzakirələrdə Millli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli şəhərlərarası sosial-iqtisadi münasibətlərdə üç istiqamətin ön plana çəkilməsini gələn qonaqla bölüşdülər. Beləki, Lənkəranda aqrar bölmənin, turizmin, və ekzo mədəniyyətin 2 şəhər arasında gələcəkdə geniş miqyasda, müvafiq yatırımlar yönəldilməsi yolu ilə inkişaf etdirilməsi məsələsi irəli sürüldü.



Görüş xatirə şəklinin çəkilməsi ilə sona çatdı.

ia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024