Mobil versiya
“İnterpol”dan prezidentin yoxa çıxmasına qeyri-adi cavab
Tarix: 5-10-2018, 16:48 | Saat: 15:47:00
Bölmə:Maraqlı | çapa göndər

“İnterpol”dan prezidentin yoxa çıxmasına qeyri-adi cavab


“İnterpol”un (Beynəlxalq Cinayət Polisi İdarəsi ) prezidenti Menq Hunveyin yoxa çıxmasının bu quruma aidiyyatı yoxdur.

AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Menq Hunveyin bir həftədir itkin düşməsilə bağlı “İnterpol”un mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Bildirilib ki, “İnterpol” öz prezidentinin yoxa çıxmasilə bağlı iddialardan xəbərdardır. Lakin bu məsələnin təşkilatla əlaqəsi yoxdur.

“Təşkilatımızın prezidentinin itkin düşməsilə bağlı məsələ Fransa və Çinin aidiyyatı orqanlarının işidir. “İnterpol”un gündəlik fəaliyyətinin davam etdirilməsinə Menq Hunvey yox, təşkilatın baş katibi cavabdehdir. “İnterpol”un Baş Katibliyinin ofisi bu məsələ ilə bağlı əlavə şərh verməyəcək”, - deyə bəyanatda vurğulayıb.

Çin hökumətinin keçmiş ictimai təhlükəsizlik naziri, hazırda isə “İnterpol”un prezidenti olan 64 yaşlı Menq Hunvey artıq bir həftədir itkin düşüb. 29 sentyabrda öz doğma vətəni Çinə səyahət etdikdən sonra onunla əlaqə kəsilib. Fransanın Lion şəhərində yaşayan Hunveyin ailəsinin müraciətinə əsasən, Fransa polisi “İnterpol” prezidentinin itkin düşməsi ilə əlaqədar istintaq başladıb.



Qeyd edək ki, Hunvey 2016-cı ilin noyabrında 4 il müddətinə “İnterpol”un prezidenti seçilib. Onun bu posta gəlməsi Pekinin siyasi rəqiblərinə qarşı hücumları artırmaq üçün “İnterpol”dan potensial vasitə kimi istifadə edəcəyi ehtimallarını artırıb. Çünki Çin rəhbəri Si Tsinpin ölkədə 4 illik anti-korrupsiya kampaniyasına start verərək, Çindən xaricə qaçan keçmiş hökumət rəsmiləri və digər şübhəlilərin geri qaytarılmasına çalışır. Artıq 2014-cü ildən bəri Pekinin “İnterpol” xətti ilə axtarışa verdiyi 100 ən şübhəli cinayətkardan 1/3-i Çinə ekstradisiya olunub.

“İnterpol” prezidentinin müəmmalı şəkildə bu qədər uzun müddətə yoxa çıxmasına dair müxtəlif versiyalar səslənməkdədir. İstisna edilmir ki, Pekinin "daxildəki" rəqibləri Hunveyin Çinə səfərindən istifadə edərək, ona qarşı sui-qəsdə cəhd ediblər. Bununla da, rəsmi Pekinin əl-qolunu bağlamağa çalışıblar. Digər versiyalara görə isə, Hunvey məxfi əməliyyatla bağlı gözə görünmür, yaxud da, hansısa böyük cinayətkarın “İnterpol” tərəfindən sərbəst buraxılmasına nail omaq məqsədilə Hunvey müəyyən qüvvələr tərəfindən girov götürülüb.

Lakin digər mənbələrin məlumatına görə, Hunvey 29 sentyabrda təyyarədən enərək Çinə ayaq basan kimi bu ölkənin intizam orqanları tərəfindən darhal saxlanılaraq ifadəsi alınmaq üçün naməlum yerə aparılıb. Lakin hansı məsələ ilə bağlı dindirildiyi bəlli deyil.

aia.az



5174 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30