Mobil versiya
Səməd Seyidov: AŞ PA-nın payız sessiyasında Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək
Tarix: 05-10-2018 | Saat: 16:19
Bölmə:Siyasət | çapa göndər

Səməd Seyidov: AŞ PA-nın payız sessiyasında Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək




Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək.

Bunu özəl olaraq Trend-ə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Azərbaycan nümayəndə heyəti AŞ PA-nın payız sessiyasında iştirak edəcək və müzakirə olunacaq məsələlərə münasibətini bildirəcək.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, sessiyanın gündəliyində birbaşa Azərbaycanla bağlı məsələ yoxdur:

"Sessiyada birbaşa Azərbaycanla bağlı məsələ olmasa da, biz Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ, qaçqın və məcburi köçkünlər məsələsini həmişə gündəmə gətirirk və bu dəfə də gətirəcəyik”.

Xatırladaq ki, AŞ PA-nın payız sessiyası 8-12 oktyabr tarixlərində Strasburqda baş tutacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024