Mobil versiya
Əli Əhmədov GUAM ölkələrinin hökumət başçılarının iclasına qatılacaq
Tarix: 04-10-2018 | Saat: 17:13
Bölmə:Siyasət | çapa göndər

Əli Əhmədov GUAM ölkələrinin hökumət başçılarının iclasına qatılacaq


Oktyabrın 5-də Moldovanın paytaxtı Kişinyov şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının toplantısı keçiriləcək.

Trend-in məlumatına görə, toplantıda Azərbaycanı Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İclasda GUAM-a üzv ölkələr arasında iqtisadi, siyasi əlaqələrin inkişafı, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin perspektivləri müzakirə olunacaq.

Sonda hökumət başçılarının birgə bəyannaməsi, GUAM üzvü olan ölkələrin gömrük idarələri arasında dövlət sərhədlərindən malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol imzalanacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024