Mobil versiya
Bakı Nəqliyyat Agentliyindən ağır qəza ilə bağlı AÇIQLAMA: Daşıyıcı şirkətə XƏBƏRDARLIQ
Tarix: 02-10-2018 | Saat: 10:37
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Bakı Nəqliyyat Agentliyindən ağır qəza ilə bağlı AÇIQLAMA: Daşıyıcı şirkətə XƏBƏRDARLIQ



Oktyabrın 1-də Bakının Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyev əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədiyi üçün məhkumluq həyatı yaşayıb.



Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğunun da müəyyənləşdiyini bildirib.



Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-a deyib ki, sürücülərin işə qəbulu təmsil etdiyi qurum tərəfindən həyata keçirilmir:

Qəzadan sonra daşıyıcı şirkətə xəbərdarlıq olunub.

M.Ağayev deyib ki, bu kimi halların qarşısının alınması üçün vahid sürücü bazasının hazırlanması və peşəkar sürücülərlə bağlı məlumatların toplanması davam edir.



Qeyd edək ki, qəza "Ayşən" MMC-ə məxsus 160 saylı marşrut avtobusunda baş verib.



Qəza nəticəsində 35 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 13 yaşlı məktəbli həyatını itirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024