Mobil versiya
Milli Məclisin dil kursuna gedən deputatları kimlər olub? - “Biz cəmi 3 nəfər idik” - ADLAR
Tarix: 02-10-2018 | Saat: 10:38
Bölmə:Gündəm | çapa göndər

Milli Məclisin dil kursuna gedən deputatları kimlər olub? - “Biz cəmi 3 nəfər idik” - ADLAR



Milli Məclisin payız sessiyasının dünən keçirilən ilk iclasında spiker Oqtay Əsədov qeyd edib ki, bir müddət öncə deputatlar üçün ödənişsiz ingilis dili kursu təşkil olunub, amma millət vəkilləri buna laqeyd yanaşıblar:


“Təəssüflər olsun ki, deputatlar həmin kursa maraq göstərmədilər. Həmin kursa 3-4 deputat qatılmışdı” - deyə, O.Əsədov bildirib.


Maraqlıdır, kursa qatılan deputatlar kimlər olub?


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Modern.az-a bildirib ki, dil kursunu ingilis müəllimlər tədris ediblər:


“Sona qədər həmin kursda 3 deputat iştirak etdik. Qüdrət Həsənquliyev, Zahid Oruc və mən. Daha sonra müəllim kursa gəlməkdən imtina etdi. Müəllim ödənişi və ya başqa səbəbə görə problem çıxmışdı”.


Fazil Mustafa qeyd edib ki, deputatlar üçün ingilis dili kursu təxminən 2 il müddətinə həyata keçirilib:


“Həmin kursda yalnız Qüdrət Həsənquliyev, Zahid Oruc və mən sona qədər iştirak etdik”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024