Mobil versiya
Türkiyə Azərbaycanla birlikdə hərbi gəmilər tikəcək
Tarix: 29-09-2018 | Saat: 12:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyə Azərbaycanla birlikdə hərbi gəmilər tikəcək


Türkiyədə hərbi gəmilər hazırlayan "Dearsan" gəmiqayırma zavodu Azərbaycanın Hərbi Dəniz Qüvvələri ilə birlikdə 4 növ hərbi gəmi inşa etməyi planlaşdırır.



aia.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Dearsan" gəmiqayırma zavodunun dəniz layihələri üzrə meneceri Sərvət Bilgin deyib.



S.Bilginin sözlərinə görə, bununla əlaqədar Azərbaycan hökuməti ilə danışıqlar aparılıb və 4 layihə təqdim edilib:



"Layihələr Azərbaycan tərəfinə təqdim edilib. Bundan başqa, məsələ Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə müzakirə edilib. Əgər razılıq əldə edilərsə, biz elə Azərbaycanda həmin gəmilərin birgə tikintisinə başlayacağıq. Bu prosesdə həm də azərbaycanlı mütəxəssislər çalışacaq. Azərbaycanlı mütəxəssislər bu prosesdən sonra özləri müstəqil hərbi gəmi də istehsal edə bilər".

O bildirib ki, tikiləcək gəmilər Xəzər dənizinin coğrafi xüsusiyyətləri və region ölkələrinin qüvvələr balansı nəzərə alınmaqla hazırlanıb:



"Biz artıq bu layihəni Azərbaycan Müdafiə Nazirliyinə də təqdim etmişik. Eyni zamanda, Bakı Gəmiqayırma Zavodu ilə əməkdaşlıq təklifi ilə çıxış etmişik. Bütün gəmilərin Azərbaycanda tikilməsi planlaşdırılır".



Menecer əlavə edib ki, təmsil etdiyi şirkət artıq 3 ildir Azərbaycanla əməkdaşlıq edir.



Qeyd edək ki, 25-27 sentyabr tarixlərində Bakıda "ADEX-2018" 3-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisində "Dearsan" müəssisəsinin məhsulları da nümayiş olunub.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024