Mobil versiya
Ali məktəblərdə zabitlər hazırlanan xüsusi proqram ləğv edilir
Tarix: 28-09-2018, 18:08 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Ali məktəblərdə zabitlər hazırlanan xüsusi proqram ləğv edilir


Ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı ləğv edilir.



Modern.az-ın məlumatına görə, bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir.



Dəyişikliyə görə, qanunun 11-ci maddəsi (Ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı) ləğv edilir.



Dəyişiklikdə əsas məqsəd belə göstərilib: Ali təhsil müəssisələrində hərbi kafedraların artıq mövcud olmadığı nəzərə alınaraq, qanunun ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı ilə bağlı 11-ci maddəsi ləğv edilir.



Qanunun hazırkı maddəsi isə aşağıdakı kimidir:



Maddə 11. Ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı



11.1. Ali təhsil müəssisələrində xüsusi proqram üzrə zabitlərin hazırlanması qaydası və müvafiq hərbi ixtisasların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.



11.2. Əyani təhsilalma formasında təhsil alan tələbələrin xüsusi proqram üzrə hərbi hazırlığı ali təhsil müəssisəsində təşkil edilir və keçirilir.



11.3. Zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı sağlamlıq vəziyyətinə görə zabitlərin hərbi xidmətinə yararlı olan tələbələr keçirlər.



11.4. Tələbələrin hərbi hazırlığına ümumi rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

aia.az



5177 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30