Mobil versiya
“Türkiyədə həbsdə olan alman vətəndaşları üçün narahatıq” - Merkel
Tarix: 28-09-2018 | Saat: 17:02
Bölmə:Dünya | çapa göndər

“Türkiyədə həbsdə olan alman vətəndaşları üçün narahatıq” - Merkel


"Türkiyədə həbsdə olan alman vətəndaşları üçün narahatıq.”

BakuPost xəbər verir ki, bu sözləri Almaniya Kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən bir neçə saat əvvəl deyib.

O bildirib ki, Türkiyədə insan haqları lazımi səviyyədə qorunmur: "Biz 2016-cı ildə iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı həbs olunan alman vətəndaşlarının saxlanma şəraitindən narahatıq. Onlar həbs edilən almanları "terrorist təşkilatları"nın siyahısına salmaq istəyirlər. Bu gün keçiriləcək görüşdə mən Ərdoğanla bu məsələni müzakirə edəcəyəm. Almaniya ilə Türkiyə arasında baş verən gərginliyin əsas səbəbi də məhz budur. Lakin bunlara baxmayaraq biz yenə də Türkiyə ilə iqtisadi mövzuda tərəfdaşlıq etməyə məcburuq”.

Merkel həmçinin görüşdən dərhal sonra Türkiyəyə investisiya qoyuluşunun mümkün olmadığını da dilə gətirib.

Məlumat üçün qeyd edək ki, Ərdoğan Almaniyada 3 günlük rəsmi səfərdədir. O, bu müddət ərzində 3 dəfə Merkellə görüşəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024