Mobil versiya
Qazaxda oğlanın polis tərəfindən döyülərək öldürüldüyü təsdiqləndi - HƏBS EDİLƏN VAR/ RƏSMİ
Tarix: 28-09-2018, 15:15 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Qazaxda oğlanın polis tərəfindən döyülərək öldürüldüyü təsdiqləndi - HƏBS EDİLƏN VAR/ RƏSMİ


Baş Prokurorluq Qazaxdakı ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, Elmir Axundovun Qazax rayon Polis Şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kərim Əhmədovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edən ilkin sübutlar toplandığından o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı həmçinin, rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İlham Süleymanovun Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində saxlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

aia.az



5215 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-07-2019
21-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031