Mobil versiya
Şirvanda hərbi zavoddakı yanğınla bağlı RƏSMİ MƏLUMAT
Tarix: 28-09-2018 | Saat: 15:14
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Şirvanda hərbi zavoddakı yanğınla bağlı RƏSMİ MƏLUMAT


Müdafiə Sənayesi Nazirliyi Şirvanda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən aia.az-a verilən məlumata görə, sentyabrın 28-də saat 10:45 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Araz” zavodunun VIII sahəsinin ərazisində yerləşən konteynerdə elektrik kəsici alətlə təmir işləri aparılan zaman qığılcımdan yaranan alışma nəticəsində kiçik yanğın hadisəsi baş verib.

Yanğın qısa müddətdə zavodun işçiləri tərəfindən daxili yanğınsöndürmə vasitələri ilə söndürülüb.

Hadisə zamanı zavodun iki əməkdaşı yüngül yanıq xəsarəti alıb. Xəsarət alanlar dərhal Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbi mütəxəssislər tərəfindən araşdırılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024