Mobil versiya
"Azərbaycana keçən kimi hay-küy salmağa başlayırlar" - Gömrükdə problem
Tarix: 28-09-2018 | Saat: 11:00
Bölmə:Karusel | çapa göndər

"Azərbaycana keçən kimi hay-küy salmağa başlayırlar" - Gömrükdə problem


“Sərhədyanı zonalarda yaşayan bəzi insanlar gəlir əldə etmək məqsədi ilə tez-tez qonşu ölkələrə keçib qayıdırlar. Maraqlıdır ki, onlar Gürcüstan və Rusiya sərhədinə keçən kimi növbəyə dayanır və öz sırasını gözləyir. Lakin Azərbaycan tərəfə keçən kimi hay-küy salmağa başlayır, təhqirlər edir, növbədən kənar keçmək istəyirlər"
AzVision.az xəbər verir ki, bunu Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov deyib.

A.Süleymanov qeyd edib ki, bunun bir çox səbəbləri var. Onun sözlərinə görə, səbəblərdən biri bəzi gömrük məmurlarının korrupsiya hallarında iştirakıdır.

"Elə bu yaxınlarda bildiyiniz kimi korrupsiyaya yol verən gömrük məmuru barəsində cənab sədrin göstərişi ilə müvafiq tədbirlər görüldü. Gömrük əməkdaşları bəzən həmin vətəndaşlarla sövdələşməyə gedir. Rüşvət alan gömrük məmurunun davranışı gələcəkdə həmin vətəndaşa əsas verir ki, qanunu pozsun. Belə olan halda cəzasızlıq mühiti yaranır. Mətbuatdan da, cəmiyyətdən də istəyimiz odur ki, hadisələri obyektiv işıqlandırın və bizə dəstək verin”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024