Mobil versiya
Türkiyədəki diaspor fəalı: “Etimad İsmayılov burda çox azərbaycanlıya əl tutub”
Tarix: 27-09-2018 | Saat: 10:58
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Türkiyədəki diaspor fəalı: “Etimad İsmayılov burda çox azərbaycanlıya əl tutub”


Sentyabrın 19-da Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində şəriki, sabiq polis rəisi Gözəl Dəmirov tərəfindən qətlə yetirilib. Hadisə Azərbaycanda və Türkiyədə geniş rezonans doğurub.


Türkiyədə diaspor fəaliyyəti ilə məşğul olan, Azərbaycan Təhsil və Mədəniyyət dərnəyinin sədri Aygün Həsənoğlu Etimad İsmayılov haqqında Modern.az-a açıqlama verib.


O bildirib ki, azərbaycanlı iş adamı Etimad İsmayılovun qətlə yetirilməsi Türkiyədə yaşayan azərbaycanlıları çox məyus edib:


“Etimad bəyin qətlə yetirilməsi Türkiyədə yaşayan hər bir azərbaycanlının ürəyini ağrıtdı. Mən Etimad bəyin qətlinə çox üzüldüm. Həm azərbaycanlı olduğu üçün, həm körpə uşağı üçün, həm də xanımı Sevil xanım üçün. Türkiyədə azərbaycanlıların bir-birini qətl etməsinin alışqanlıq halına gələcəyindən narahatam”.


Aygün Həsənoğlunun sözlərinə görə, Etimad İsmayılov sağlığında Türkiyədə yaşayan azərbaycanlılara çox dəstək olub:


“Etimad bəylə şəxsən tanış olmamışam. Həyat yoldaşı Sevil xanımla tanış idim. Amma Etimad bəyin qətlə yetirilməsindən bir həftə əvvəl onun haqqında bir azərbaycanlı o qədər xoş sözlər dedi ki... Məni də onunla tanış edəcəyini bildirdi. Həmin şəxs Etimad bəyin çox adama əl tutduğunu da etiraf etdi. Bir məsələni deyim. Türkiyədə çoxlu sayda azərbaycanlı iş adamları var, amma çoxundan xəbərimiz yoxdur. Çünki özləri orada yaşayan azərbaycanlılarla yaxınlaşmağa maraqlı deyillər. Mən bir çox azərbaycanlıyla ünsiyyətdə olduğumdan Etimad bəy haqqında ancaq xoş sözlər eşitmişəm. İnsanlarımız onun çox səxavətli insan olduğunu söyləyirlər”.


Qeyd edək ki, Etimad İsmayılovu qətlə yetirməkdə təqsirli bilinən Gözəl Dəmirov və sürücüsü barəsində həbs qətimkan tədbiri seçilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024