Mobil versiya
Ermənistanın Qarabağda təxribatçı addımı ağır fəsadlara yol aça bilər
Tarix: 25-09-2018 | Saat: 17:06
Bölmə:Siyasət | çapa göndər

Ermənistanın Qarabağda təxribatçı addımı ağır fəsadlara yol aça bilər


Kütləvi informasiya vasitələrinin verdiyi məlumata əsasən, bu ilin 25-28 sentyabr tarixlərində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində hərbi aviasiyanın iştirakı ilə hərbi təlimlər keçiriləcəkdir.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı vəziyyətin daha da gərginləşməsinə və ağır fəsadlara yol aça bilər.

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin vasitəçiliyi ilə cari ilin 26 sentyabr tarixində Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Ermənistanın atdığı bu addım həmsədrlərin fəaliyyətinə və ümumiyyətlə münaqişənin həlli üzrə danışıqlar prosesinə xələl gətirmək məqsədini güdür.

Bir daha xatırladırıq ki, cəbhə bölgəsində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024