Mobil versiya
Məktəbdə FACİƏ: 2-ci sinif şagirdi boğulub öldü
Tarix: 25-09-2018 | Saat: 11:09
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Məktəbdə FACİƏ: 2-ci sinif şagirdi boğulub öldü


Bakı şəhəri, Sabunçu rayonu 67 saylı məktəbdə ikinci sinif şagirdi dünyasını dəyişib.

aia.az Unikal.org-a istinadən məlumat verir ki, hadisə tənəffüs zamanı yaşanıb.

Sözügedən məsələ ilə bağlı məktəbin direktoru İradə İbrahimova bildirib ki, hadisə tənəffüs zamanı, uşaq yemək yeyərkən baş verib:

"Xəlilov Sabir Adil oğlu tənəffüsdə içərisində sosika olan çörək yeyirdi. Uşağın anginası var idi. Bu zaman müəlliminə yaxınlaşıb dedi ki, boğuluram. Uşağı təcili məktəbin tibb bacısının yanına gətirdik ki, kömək etsin. Bu an uşağın dili qatlandı və tibb bacısı dilini tutmağa çalışdı. Tez təcili yardıma da zəng etdik. Təcili yardım gəlsə də uşağa heç nə edə bilmədilər. Təəssüflər olsun ki, azyaşlının həyatını xilas etmək mümkün olmadı. Artıq sözügedən hadisə ilə bağlı polis araşdırma aparılır. Onu da qeyd edim ki, bu uşaq 10 ildən sonra dünyaya gəlib".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024