Mobil versiya
Bərdə də qulluq edən zabit və əsgərlər üçün bayram tədbiri keçirilmişdir
Tarix: 16-12-2015 | Saat: 22:45
Bölmə:Gündəm / Seçilənlər-5 / Aia TV | çapa göndər



16 dekabr 2015-ci il tarixdə Bərdə rayon Gənclər və İdman idarəsinin ,Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə Fövqalədə Hallar Nazirliyinin yaradılmasının 10 illiyi ilə bağlı rayon ərazisində yerləşən Fövqalədə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq edən zabit və əsgərlər üçün bayram tədbiri keçirilmişdir. Tədbirdə rayonun fəal gəncləri də iştirak edirdi.

Tədbiri giriş sözü ilə h/h komandirinin psixoloji təminat üzrə müavini,mayor S.Bəhramov açaraq zabit və əsgərləri komandanlıq adından təbrik etdi və Fövqalədə Hallar Nazirliyinin yaradılması barədə danışdı.

Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək idarənin kollektivi adından h/h bütün şəxsi heyətini təbrik etdi və onlara xidmətlərində uğurlar arzuladı.Sonra o, Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyev cənablarının ordu quruculuğuna,müvafiq strukturların tabeçiliyində olan hərbi hissələrin müasir tələbatlara uyğun olaraq təmin olunmasına göstərdiyi xüsusi diqqət və qayğıdan danışdı.

Bərdə rayon mədəniyyət mərkəzinin “Qarabağ” ansamblının üzvləri Firdovsi Məmmədovun,Ərəstun Əliyevin,Zülfüqar Məmmədovun və Həkim Hüseynovun ifasında səslənən müğamlar,xalq və bəstəkar mahnıları alqışlarla qarşılanmışdır.Zabit və əsgərlər qonaqlarla birgə rəqs etmişlər.Əsgərlərdən bəziləri öz şeirlərini söyləmiş və mahnılar ifa etmişlər.

Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydin Qasımov şəxsi heyətin iştirakı ilə “Vətənimiz Azərbaycan” mövzusunda intellektual viktorina keçirmiş,suallara düzgün cavab verənlərə xatirə hədiyyələri təqdim olunmuşdur.

Yubiley münasibətilə bir qrup zabit Gənclər və İdman idarəsinin Fəxri Fərmanı ilə təltif olunmuşlar.

Sonda h/h komandirinin psixoloji təminat üzrə müavini,mayor S.Bəhramov çıxış edərək qonaqlara şəxsi heyət adından minnətdarlığını bildirdi.









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024