Mobil versiya
Baş həkimin “ölü can” alveri - Şamaxıda
Tarix: 16-12-2015 | Saat: 12:58
Bölmə:Səhiyyə / Manşet / Karusel / Seçilənlər | çapa göndər

Baş həkimin “ölü can” alveri - Şamaxıda

Şamaxı rayon Mərkəzi Xəstəxanasında 50-dən çox “ölü can” işləyir. Tibb ocağının baş həkimi Elxan Məmmədov da öz növbəsində hər ay bankomatlardan onların əmək haqlarını götürərək şəxsi işlərinə sərf edir. Sözügedən işçilərin əksəriyyəti saxta diplomlu olmasına baxmayaraq, adları tibb işçisi kimi keçir.

Bu barədə TİA.AZ-ın əldə etdiyi məlumatda qeyd olunub. Xəbərə görə, adı ştatda olan və işə gəlməyən “ölü əməkdaş”lar baş həkimin qazanc mənbələrindən biridir.
E.Məmmədovun bu pulları məclislərdə, dostları ilə keçirdiyi asudə vaxtlarda xərclədiyi deyilir. Baş həkimin xəstəxanada yaranmış dəhşətli şəraitdən isə heç bir narahatlığı yoxdur.
Xüsusilə doğum və ginekologiya şöbələrində vəziyyətin son dərəcə təhlükəli fəsadlara yol aça bilər. Ginekologiya şöbəsində aparılan qanunsuz abortlar nəticəsində həkimlər yaxşı gəlir əldə edir.
Sözsüz ki, həmin vəsaitin çox hissəsi baş həkimin kisəsinə gedir. Xəstəxana rəhbəri güzəştli kateqoriyadan olan xəstələrə də pulsuz dərmanların verilməsinə icazə vermir. Vətəndaşlar məcburiyyət qarşısında qalaraq həmin dərmanları pulla alırlar.
Xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlərin olduğu göstərilir. Apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Bəzi hallarda isə bu maxinasiyalar üçün kənd xəstəxanaları daha əlverişli olur.
Buna görə də bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılarsa, bəzi kənd xəstəxana və tibb məntəqələrində dərmanlardan əldə olunan qazancın mərkəzi xəstəxanadan daha çoxdan olduğu məlum olar.
Şikayətçilər bildirirlər ki, şöbənin müdiri Nəzakət Abdulrəzəqova doğuş üçün konkret qiymətlər müəyyənləşdirib. Belə ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 500-600 manat pul ödəməlidirlər.
Təbii doğuş isə 400-500 manata başa gəlir. Üstəlik, bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu, şirinlik adı ilə əlavə hörmət də etmək lazımdır. Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024