Mobil versiya
Ərdoğan Putinlə görüşdə öz istəklərinə nail olub
Tarix: 21-09-2018 | Saat: 17:20
Bölmə:Karusel / Dünya | çapa göndər

Ərdoğan Putinlə görüşdə öz istəklərinə nail olub


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putinin Soçi görüşündəki İdlib razılaşması öz bəhrəsini verib.



Modern.az “Anadolu Ajansı” agentliyinə istinadən xəbər verir ki, prezidentlərin qərarlarına əsasən Türkiyənin Müdafiə Nazirliyi və Rusiyadan olan heyət ilə keçirilən görüşlərdən sonra İdlibdəki silahlardan təmizlənəcək bölgələrin sərhədləri razılaşdırılıb.



Sentyabrın 19-21-də keçirilən görüşdə razılaşdırılan bu addımla İdlibdəki gərginliyin aradan qaldırılacağı düşünülür.

“Yığıncaqda bölgənin coğrafi quruluşu və qəsəbələrin xüsusiyyətləri də nəzərə alınaraq İdlibdə silahlardan təmizlənəcəkərazilərin sərhədləri müəyyən olunub. İşlər planlaşdırıldığı kimi həyata keçirilir” – bəyanatda bildirilib.



Qeyd edək ki, Soçidə keçirilən görüşdə Ərdoğanla Putin İdlibdə yalnız konstruktiv müxalifətin qalacağına və bölgədə yalnız yüngül avtomatik silahlar qalmaqla ağır silahların yığışdırılacağını qərara alıblar. Bundan sonra isə Türkiyə və Rusiya hərbçiləri ərazidən terrorçuların təmizlənməsi prosesinə başlayacaqlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024