Mobil versiya
Kəmaləddin Heydərovla bağlı yayılan xəbərlərə AYDINLIQ GƏTİRİLDİ
Tarix: 18-09-2018 | Saat: 16:02
Bölmə:Manşet / Gündəm | çapa göndər

Kəmaləddin Heydərovla bağlı yayılan xəbərlərə AYDINLIQ GƏTİRİLDİ


Bəzi KİV-lərdə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun səhhətində ciddi problemlərin yarandığı barədə məlumat yayılıb. Sosial şəbəkələrdə isə bu haqda müzakirələr açılıb.

Həmin məlumatlarda göstərilir ki, Kəmaləddin Heydərov məhz səhhətilə bağlı problemlərə görə 15 sentyabrda Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirak etməyib.


Nazirə yaxınlığı ilə tanınan idmançı, Fövqəladə Hallar Nazirliyinin İdman- sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev Modern.az saytına açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:


“Yayılan xəbərlər yalandır. Cənab nazir hazırda işdədir, yəni öz yerindədir. Əgər parada getməyibsə, bu o demək deyil ki, səhhətində nə isə problemlər var. Tutaq ki, mən işlə bağlı harasa göndərilmişəm və həmin parada gedə bilməmişəm. Yəni yayılan xəbərlər sadəcə olaraq şayiədir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024