Mobil versiya
İqbal Ağazadə: “Bu yoldan dönmək niyyətimiz yoxdur”
Tarix: 18-09-2018 | Saat: 12:36
Bölmə:Siyasət | çapa göndər

İqbal Ağazadə: “Bu yoldan dönmək niyyətimiz yoxdur”


Bu gün Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadənin doğum günüdür. Onun 50 yaşı tamam olur. İ.ağazadə 1968-ci ilin bu günü Füzuli rayonunda anadan olub.

Doğum günü təəssüratlarını Modern.az-la bölüşən İqbal Ağazadə heç də 50 yaşdan qorxmadığını dilə gətirib.

“50 yaş məni qorxutmur. Düşünürəm ki, yaş üstünə yaş gəldikcə, insan irəli yox, geri qayıdır. Məsələn 50 yaşım yox, 48 yaşım olur. Gələn il 47 olacaq. Bu şəkildə cavanlaşmağa doğru gedirəm”.

Səbəbkar illərdir ki, doğum günü keçirmədiyini söyləyib:

“Bu günə kimi doğum günü keçirməmişəm. Ona görə də bu dəfə də istisna deyil. Bir kitab üzərində işləyirəm. 8-10 cildlik kitab yazırıq. Nə qədər çatdıra bilsək, onun təqdimatını edəcəyik.
Bütün təbriklər mənim üçün doğmadır. Vaxtını ayırıb məni təbrik edən hər kəsin qarşısında baş əyirəm”.

Partiya sədri yenidən Milli Məclisə qayıtmaqla bağlı suala da cavab verib:

“Biz hakimiyyət uğrunda mübarizə aparan siyasi partiyayıq. Hakimiyyət uğrunda mübarizəmiz heç nə dayanmayıb. Mübarizəmiz davam edəcək. Bu gün Ümid Partiyasının sədri mənəm, mənimlə davam edəcək. Sabah başqası ilə davam edəcək. Amma bu yol davam edəcək. Doğru bildiyimiz xətlə mübarizəmizi davam etdirəcəyik. Yolun harasından dönsən, adamın adına dönük deyərlər. Bu yoldan dönmək niyyətimiz yoxdur. Bütövlükdə hökumətin bütün strukturlarında təmsil olunmaq ümidimiz çox böyükdür və bunu edəcəyik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024