Mobil versiya
Deputat: "Bakının azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən parad..."
Tarix: 17-09-2018 | Saat: 08:52
Bölmə:Siyasət | çapa göndər

Deputat: "Bakının azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən parad..."



Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100 illiyinin təmtəraqlı şəkildə keçirilməsi olduqca əhəmiyyətlidir.

aia.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, 15 sentyabr Azərbaycan tarixində müqəddəs səhifədir: "Bu, həm də Azərbaycan və Türkiyə qardaşlığının əyani sübutudur. Bu tarix bir daha onu sübut edir ki, Azərbaycan-Türkiyə qardaşlığı tarixi köklərə söykənir. İki ölkə arasında qardaşlıq münasibətlərinin tarixi çox qədimdir. Azərbaycan da, Türkiyə də tarixən təqyiqlərə məruz qalıb. Azərbaycan həmişə Türkiyənin, Türkiyə isə Azərbaycanın yanında olub. Bunun nəticəsidir ki, 1918-ci ildə də Bakının köməyinə məhz Türkiyə çatdı".

T.Rzayevin sözlərinə görə, 15 sentyabr tarixi Azərbaycan üçün də, Türkiyə üçün də çox əhəmiyyətli tarixdir:

"Bakıda böyük paradın keçirilməsi Azərbaycan-Türkiyə qardaşlığının əyani sübutudur. Biz bununla həm də bütün dünyaya bəyan edirik ki, bütün tədbirlərdə Azərbaycan Türkiyə ilə birlikdədir. Bütün dünyada Türkiyə və Azərbaycan prezidentləri eyni fikirlə, eyni mövqe ilə çıxış edirlər. Bu iki ölkəni birgə mənafelər birləşdirir. Azərbaycanla Türkiyənin qardaşlığı digər türkdilli dövlətlərə, millətlərə də örnək olmalıdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024