Mobil versiya
Azərbaycanda məhkum uşaqların sayı açıqlandı
Tarix: 17-09-2018 | Saat: 08:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda məhkum uşaqların sayı açıqlandı


Azərbaycanda cinayət törətmiş və məhkum edilən uşaqların sayı artıb.

aia.az Trend-ə istinadən xəbər verir ki, ötən il Azərbaycanda 323 nəfər 14-17 yaşlı uşaq törətdiyi cinayatə görə məhkum olunub. 2016-cı ildə bu göstərici 261, 2015-ci ildə 286, 2010-cu ildə 238 olub.

Ötən il ümumilikdə 13 733 nəfər məhkum edilib. Onların 13 147-si kişilər, 586-sı qadınlar olub. Məhkumların 7 264-ü azadlıqdan məhrum edilib.

Keçən il 16 750 nəfər cinayət törədib ki, onların 15 787-i kişi, 963-ü qadın olub.

Cinayət törətmiş şəxslərin 486-sı 14-17 yaşlı uşaqlar olub. 2016-cı ildə cinayət törədən uşaqların sayı 442, 2015-ci ildə 477, 2010-cu ildə 439 olub.

2017-ci ildə 14-17 yaşlı uşaqlar və onların iştirakı ilə 532 cinayət (2016-cı ildə 395, 2015-ci ildə 467, 2010-cu ildə 375) törədilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024