Mobil versiya
Parada görə avtobusların hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Tarix: 13-09-2018 | Saat: 18:33
Bölmə:Ölkə | çapa göndər

Parada görə avtobusların hərəkət sxemi dəyişdiriləcək - SİYAHI


15 sentyabr - Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi paradla əlaqədar, Neftçilər prospekti – Azneft dairəsi və ətraf küçələrdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən aia.az-a verilən məlumata görə, 15 sentyabr tarixində səhər saatlarından mərasim tam başa çatanadək 1, 2, 4, 5, 6, 18, 21, 32, 46, 53, 59, 61, 65, 88, 120, 175, 205 və H1 (Hava limanı-28 may metrostansiyası ekspres xətti) marşrut xətləri üzrə avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək. 125 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar mərasim bitdikdən sonra sərnişinlərə xidmət göstərəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024