Mobil versiya
Sumqayıtda sələmçi qadın qətlə yetirildi - 10 bıçaq vurulub
Tarix: 13-09-2018 | Saat: 18:29
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Sumqayıtda sələmçi qadın qətlə yetirildi - 10 bıçaq vurulub


Sumqayıtda 67 yaşlı qadın qətlə yetirilib.

aia.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabidin qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Minayə Həsənli öz yaşadığı mənzildə naməlum şəxs və ya şəxslər tərəfindən 10 bıçaq zərbəsi ilə qətlə yetirilib. Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, öldürülən qadının Sumqayıtda sələmçiliklə məşğul olduğu bildirilir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024