Mobil versiya
Ərdoğandan Nazarbayevə: Ağsaqqalım...
Tarix: 13-09-2018 | Saat: 18:25
Bölmə:Dünya | çapa göndər

Ərdoğandan Nazarbayevə: Ağsaqqalım...


FETÖ şəbəkəsinin bütün ölkələr üçün yaratdığı təhlükənin fəsadları ilə bağlı dostlarımızı məlumatlandırdıq.

Axar.az xəbər verir ki, bu sözləri olan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə görüşündən sonra təşkil edilən media konfransında deyib.

Diqqətçəkən məqamlardan biri də Ərdoğanın Nazarbayevə “Ağsaqqalım” deyərək çıxışına başlaması olub:

“Türk dünyasının Ağsaqqalı, bir daha sizlərin hüzurunda xoş gəldiniz deyirəm”.

Ərdoğan həmçinin iki ölkə arasında iqtisadiyyat, müdafiə, mədəniyyət və təhsil sahəsindəki ortaq maraqlarla bağlı fikir mübadiləsi aparıldığını da bəyan edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024