Mobil versiya
Orxan Fikrətoğlu “Halbuki” adlı yeni telelayihədə
Tarix: 13-09-2018 | Saat: 14:57
Bölmə:Gündəm | çapa göndər

Orxan Fikrətoğlu “Halbuki” adlı yeni telelayihədə


İctimai Televiziya və Radio Yayımları Şirkəti yeni mövsümdən etibarən daha bir sevilən sima ilə tamaşaçı görüşünə gəlir

Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən aia.az-a verilən məlumata görə məşhur publisist, teleaparıcı Orxan Fikrətoğlu "Halbuki” adlı yeni telelayihədə günün əsas xəbərini şərh edəcək.

Bir sıra uğurlu layihələrin müəllifi olan Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunu tamaşaçıları artıq İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirindən izləyə biləcəklər.

Xüsusilə dövlətçiliyin təməl prinsiplərinin qorunmasına xidmət edəcək "Halbuki” prioritet əhəmiyyət kəsb edən mövzuları İctimai Televiziya efirinə daşıyaraq auditoriyanın maarifləndirilməsinə çalışacaq.

Televiziyanın İnformasiya Departamentinin nəzdində yer alacaq veriliş 17-sentyabrdan etibarən həftə içi hər gün saat 20:50-də efirə çıxacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024