Mobil versiya
Buraxılış imtahanında ən yaxşı və ən pis nəticə göstərən RAYONLAR
Tarix: 12-09-2018 | Saat: 16:43
Bölmə:Təhsil | çapa göndər

Buraxılış imtahanında ən yaxşı və ən pis nəticə göstərən RAYONLAR


"Son 4 il ərzində Bakıda məktəblərin buraxılış imtahanlarının nəticələrinə görə irəliləməsi və geriləməsi rayonlar üzrə təhlil edilib".

BakuPost-un məlumatına görə, bunu Bakı şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva deyib.

M.Vəliyevanın sözlərinə görə, 9-cu sinif şagirdlərinin imtahan nəticələrinə əsasən siyahıda ilk üçlükdə Bakının Səbail, Xətai, Nəsimi rayonlarının, son üçlükdə isə Xəzər, Pirallahı və Qaradağ rayonlarının məktəbləri gəlir.

Nazir müavini qeyd edib ki, əvvəlki tədris ili ilə müqayisədə 2017/2018-ci tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət alanların sayı 0,54 faiz azalıb, müvəffəq qiymət alanların sayı isə 2,16 faiz artıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024