Mobil versiya
Milli Məclisin deputatları Bişkekə gedir
Tarix: 12-09-2018 | Saat: 09:11
Bölmə:Karusel / Siyasət | çapa göndər

Milli Məclisin deputatları Bişkekə gedir


Milli Məclisin Səhiyyə komitəsinin və TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri Əhliman Əmiraslanov, həmçinin Milli Məclisin deputatı, TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini Sevinc Hüseynova qurumun tədbirlərində iştirak etmək üçün sentyabrın 12-dən 15-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaqlar.

Modern.az xəbər verir ki, TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasında Əhliman Əmiraslanovun sədrliyi ilə “Genetik modifikasiya olunmuş orqanizmlər və onların yayılmasının təsiri” mövzusunda hesabat dinləniləcək, tövsiyələr müzakirə olunacaq, geniş fikir mübadiləsi aparılacaq.

Qurumun Sosial, mədəni və humanitar məsələlər komissiyasında isə “Kino və animasiya türkdilli ölkələrdə türk mədəni irsinin hissələri kimi” mövzusunda hesabat və tövsiyələr gündəmdə olacaq. Deputatlarımız iclaslarda gedən müzakirələrdə yaxından iştirak edəcəklər.

Sonra “TÜRKPA-ya üzv dövlətlərdə kinoteatr və animasiya” adlı seminar keçiriləcək. Səfər çərçivəsində tədbir iştirakçılarının Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Jumabekovla görüşü və “Türk kinosu günləri”nin açılışında iştirakı da nəzərdə tutulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024