Mobil versiya
İraq telekanalı Bakının gecə klublarında gizli çəkiliş aparıb (VİDEO)
Tarix: 10-09-2018 | Saat: 16:51
Bölmə:Manşet / Media | çapa göndər

İraq telekanalı Bakının gecə klublarında gizli çəkiliş aparıb (VİDEO)


S.Bağırov. İraqın əl-Furat telekanalı Bakıda yerləşən və intim xidmətlər göstərən gecə klublarından gizli çəkilişlər edib

SalamNews xəbər verir ki, İraqın tanınmış əl-Furat telekanalının Əli Azab adlı müxbiri Bakıda intim xidmətlər təklif edən gecə klubları və hotellərindən gizli çəkilişlər aparıb.

O, iraqlıların son zamanlarda daha çox Azərbaycan kimi ölkələrə səfər etmələrinin sual olduğunu bildirib.

Müxbir, reportajının əvvəlində bu sualın cavabını tapmaq üçün Bakıya səfər edəcəyini bildirir.

Əl-Furat telekanalının müxbiri daha sonra Bakıya necə səfər etdiyini, şəhərdə intim xidmətlər göstərən gecə klubları və otellərin harada yerləşməsi və necə xidmət göstərmələri haqda reportaj hazırlayıb.

SalamNews gecə klublarında gizli çəkilişə düşən dialoqların qeyri etik olduğu üçün onları tərcümə etməyib və yayımlamayıb.

Qeyd edək ki, reportajın sonunda Bakının digər üzü adı altında ölkəmizin gözəl güşələri də əks etdirilib.

Bu reportaj artıq İraqın sözügedən televiziyasından yayımlanıb.

aia.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024