Mobil versiya
Moskvadan İTTİHAM – Ukrayna İŞİD-lə əməkdaşlıq edir
Tarix: 10-09-2018 | Saat: 14:14
Bölmə:Karusel / Dünya | çapa göndər

Moskvadan İTTİHAM – Ukrayna İŞİD-lə əməkdaşlıq edir

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Ukraynanı İŞID terror təşkilatı ilə əlaqələrdə ittiham edib.



Modern.az “TASS” agentliyinə istinadən xəbər verir ki, FTX Ukrayna xüsusi xidmət orqanlarının bu yolla Rusiya ərazisində Luqansk və Donbas separatçılarının liderlərini aradan götürməyi planlaşdırıb.



“Saxlanılan şəxsdən alınan məlumata görə Ukrayna ərazisindəki milli xüsusi xidmət orqanları İŞID silahlılarına təhlükəsizlik, maliyyə, silah və partladıcı maddələr sarıdan aktiv yardım göstərirlər. Nəticədə Ukrayna xüsusi xidmət orqanları İŞID üzvlərini Rusiya ərazisində terror aktları keçirərək Luqansk və Donbas xalq respublikalarının liderlərini aradan götürməyə cəlb edirlər” – Rusiya FTX-sının bu barədə verdiyi bəyanatda bildirilib.



Xatırladaq ki, sentyabrın 9-da Smolenskdə Rusiya vətəndaşı 1988-ci il təvəllüdlü Dağıstan sakini Məcid Maqomedov saxlanılıb. O, İŞID üzvü olub və Donbas və Luqansk separatçılarının liderlərini öldürməyi planlaşdırıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024