Mobil versiya
"Maltanı udmalıyıq, başqa yolumuz yoxdur" – Ramil Şeydayev
Tarix: 8-09-2018, 17:04 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

"Maltanı udmalıyıq, başqa yolumuz yoxdur" – Ramil Şeydayev


Milli komandamız və Rusiyanın “Krılya Sovetov” klubunun hücumçusu Ramil Şeydayev UEFA Millətlər Liqasının ilk turunun Kosovo ilə oyunundan sonra Qol.az-a müsahibə verib. Gənc forvard əvvəlcə qolsuz heç-heçəni dəyərləndirib.

- İlk hissədə pis oynadıq. Tez-tez topu itirirdik. Xüsusilə də mən. Hücumda istədiyimiz alınmırdı. İkinci hissədə isə düşünürəm ki, oyunumuz hamının xoşuna gəldi. Komanda daha inamlı təsir bağışladı. Belə oynasaq, bütün rəqiblərə bizə qarşı mübarizə aparmaq çətin olacaq. Düzdür, qol epizodlarının olmaması pisdir. Növbəti oyunlarda qələbə qazanmaq üçün buna fikir verməliyik.

- Qol epizodlarının az olması rəqibin bütün komanda ilə müdafiəyə çakilməsi ilə bağlı ola bilər?

- Bəli, belə müdafiə olunan komandalara qarşı oynamaq çətindir. Amma özümüzdə də günah var. Bayaq da dediyim kimi, çox top itirdik.

- Deyəsən, nəticədən razı deyilsən...

- Əlbəttə, razı deyiləm. Hamımız qələbəyə ümid edirdik. Təəssüf ki, istədiyimiz nəticəni qazana bilmədik. İlk hissədə bir qədər inamsızlıq var idi. Fasilədə baş məşqçi bizi ruhlandırdı və komanda daha yaxşı oynamağa başladı. Lakin qələbə qazanabilmədiyimiz üçün nəticədən narazıyıq.

- Növbəti oyun səfərdə Maltaya qarşı olacaq...

- Başqa yolumuz yoxdur, mütləq qalib gəlməliyik. Kosovo da digər oyunlarını qələbə ilə başa vurmağa çalışacaq. Belədə biz də Kosovo ilə səfər oyununa kimi bütün görüşlərdə 3 xal qazanıb, rəqibin büdrəməsini gözləyəcəyik. Amma istənilən halda bizi kosovolularla səfərdə həlledici oyun gözləyir.

- Səncə, belə oyunla səfərdə Maltanı udmaq mümkün olacaq?

- Əgər Kosovo ilə matçın ikinci hissəsindəki kimi oynasaq, alınacaq.

aia.az



5209 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031