Mobil versiya
İlham Əliyev Tacikistan Prezidentini təbrik etdi
Tarix: 8-09-2018, 16:56 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

İlham Əliyev Tacikistan Prezidentini təbrik etdi


Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.





Virtualaz.org-un məlumatına görə, məktubda deyilir:



"Hörmətli Emoməli Şərifoviç,

Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.



Bu gün Tacikistan ictimai-siyasi sabitlik, dayanıqlı sosial-iqtisadi inkişaf yolu ilə irəliləyir. Ölkənizin beynəlxalq nüfuzu, regional məsələlərdə rolu gündən-günə artır.

Azərbaycan-Tacikistan əlaqələri zəngin ənənələrə malikdir. Keçən ay Azərbaycana rəsmi səfəriniz bu ənənələrin aşkar təzahürüdür. İnanıram ki, dövlətlərarası münasibətlərimiz, qarşılıqlı maraq doğuran əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.



Hörmətli Emoməli Şərifoviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".



aia.az



5133 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
9-06-2017, 12:05 Cəbhədən YENİ XƏBƏR



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}