Mobil versiya
Polis Gəncədə əməliyyat keçirdi
Tarix: 08-09-2018 | Saat: 12:56
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Polis Gəncədə əməliyyat keçirdi


Əldə edilən əməliyyat məlumatı əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində şəhər sakinləri əvvəllər məhkum olunmuş Şəlalə Əliyevanın işlətdiyi və Şakir Sadıxovun təsisçisi olduğu apteklərə baxış keçirilib.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, baxış zamanı psixotrop tərkibli 59 ədəd “Relanium diazepam 5 mg/ml”, həmçinin 465 ədəd “Qaloperidol-Rixter 5 mq”, 30 ədəd “Aminazin” və güclü təsiredici xüsusiyyətə malik 75 ədəd “Tramadol kalseksi 2 ml” aşkar edilərək götürülüb.

DİN BNMİ və QBRŞ əməkdaşlarının həyata keçirdikləri daha bir uğurlu əməliyyat tədbiri ilə Gəncə şəhəri ərazisində şəhər sakini Kəmalə Bağırovaya məxsus aptekə baxış zamanı güclü təsiredici xüsusiyyətə malik 150 ədəd “Tramadol 50 mg”, psixotrop tərkibli 100 ədəd “Relanium diazepam 5 mg/ml”, həmçinin 34 ədəd “Kalium-Permanqanat”, 250 ədəd “Diabeton MR 60 mq” və 9 ədəd “Xumulin NPX” aşkar edilərək götürülüb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024