Mobil versiya
Bakıda molla məsciddən oğurluq edəni tutub ağaca bağladı - VİDEO
Tarix: 07-09-2018 | Saat: 16:00
Bölmə:Karusel / Media | çapa göndər

Bakıda molla məsciddən oğurluq edəni tutub ağaca bağladı - VİDEO


Bu gün sosial şəbəkələrdə Bakıdakı məscidlərdən birindən oğurluq etdiyinə görə tutulan və dirəyə bağlanan şəxsin videogörüntüləri yayılıb. Kadrlara əsasən məscidin mollası olduğu təxmin edilən şəxs oğurluqda ittiham olunanı telefonla çəkir və yoldan keçənlərə göstərib deyir:



“Bax bu şərəfsizə, məsciddən oğurluq edib”.



Dirəyə bağlanan gənc isə cavabında deyir: “Bax, bax bu işverənə”. Bu vaxt qəzəblənən molla oğruya təpik vurur: “Mənə “işverən” deyirsən? İndi sənə iş verdirəcəm, dayan bir”.



“Sputnik” agentliyi bildirir ki, bu hadisə Yasamal rayonunda baş verib. Məscidin nəzir qutusunu sındırıb içindən yüz manata yaxın pulu oğurlayan gənci molla yaxalayıb və Yasamal rayon 28-ci polis bölməsinin əməkdaşlarına xəbər verib. Polis gələnə qədər molla oğrunun qaçmaması üçün onu dirəyə sarıyıb.



Yasamal rayon hüquq-mühafizə orqanlarından deyiblər ki, saxlanılan şəxs özünü Mirzəyev Anar Tacəddin oğlu kimi təqdim edib. Bildirib ki, 1985-ci ildə Gəncədə anadan olub və bu şəhərdə yaşayır. Hazırda əməliyyatçılar bu məlumatları dəqiqləşdirir, çünki istisna etmirlər ki, saxlanılan şəxs özü barədə yalan məlumat verə bilər.



Amma araşdırma zamanı bu şəxsin başqa analoji oğurluq törətdiyi də üzə çıxıb. Bir neçə gün əvvəl o Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən məsciddən oğurluq edib və videomüşahidə kameralarına düşüb. Həmin vaxt şəxsin əynində Yasamalda molla tərəfindən tutularkən olan geyim olub. Mirzəyevin başqa analoji hadisələrə qarışdığı da istisna deyil.



aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024