Mobil versiya
Daha 14 nəfərin adı Mərkəzi Bankın "qara siyahı"sında
Tarix: 14-12-2015 | Saat: 13:59
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər

Daha 14 nəfərin adı Mərkəzi Bankın "qara siyahı"sında
Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti BMTTəhlükəsizlik Şurasının “Əl-Qaidə” Sanksiya Komitəsinin dekabrın 10-da qəbul edilmiş qərarlarına uyğun olaraq dekabrın 14-də ümumi siyahını yeniləyib.

Xidmətdən “APA-Economics”ə verilən xəbərə görə, ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib.

Məlumata görə, 14 nəfərin adı siyahıya əlavə olunub. Həmin şəxslər İraqvətəndaşları Nashwan Abd al-Razzaq, Mohammad Tahir, Ata Abdoulaziz, Farhad Kanabi, Najmuddin Faraj, Muthanna Harith, İbrahim Awwad, Küveyt vətəndaşı Muhsin Fadhil, İraq əsilli Suriya vətəndaşları İbrahim Mohamed Khalil, Abu Mohammed al-Jawlani, vətəndaşlığını müəyyən olunmayan və yaşayış yerləri Suriya və İraq kimi göstərilən Akram Turki, Ghazy Fezza, Rusiya vətəndaşı Akhmed Rajapovich, Rusiya vətəndaşlığı olmayan, yaşayış yeri Suriya və İraq olaraq qeyd edilən Tarkhan İsmailoviçdir.

Bundan başqa, bir nəfərin adı siyahıdan çıxarılıb. Həmin şəxs İraqvətəndaşı Rafik Mohamad Yousefdir.

Qeyd edək ki, ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024