Mobil versiya
“Səni deyirlər”in ifaçısı Şəhriyarı təkzib etdi - “Mahnı 25 il əvvəl oxunub”
Tarix: 06-09-2018 | Saat: 15:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Səni deyirlər”in ifaçısı Şəhriyarı təkzib etdi - “Mahnı 25 il əvvəl oxunub”


Son günlərdə Güney Azərbaycanda trendə çevrilən "Səni deyirlər" rəqs havası böyük marağa səbəb olub.

aia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, mahnı ilə bağlı əsas maraqlı məqamlardan biri isə mətnin orijinal versiyasının müəllifinin Azərbaycanın tanınmış şairi Şəhriyar del Geraninin olmasıdır.

Müəllif sayta açıqlamasında bildirib ki, həmin şeiri bir neçə il əvvəl İranda həbsdə olarkən yazıb.

"2012-ci ilin avqust ayı idi. Biz o vaxt Təbriz həbsxanasında idik. Güney Azərbaycanda Urmiya gölü ilə bağlı etiraz aksiyaları keçirilirdi. Bu şeiri də o vaxt yazdım. O zaman bizi həbsdən buraxanda şeirlərimi köçürdüyüm dəftərləri müsadirə etdilər. Amma həmin şeirin qaralaması hələ də arxivimdədir. Urmiya aksiyalarına görə həbs olunan fəallar da bizim həbsxanada çox idi. Onlar yazdığımız şeirlərin üzün köçürür, əzbərləyirdilər. Görünür bu şeir də bu şəkildə əldən-ələ, dildən-dilə keçib və indiki yerə gəlib çıxıb. İndi həmin vaxtdan 6 il uzaqlıqda xatirimdə çox az kimsə, çox az olay qalmış. Çox yəqin İbrahim Əlizadə qardaşımız da həmin vaxtlarda aksiyalarda həbs olunanlardan olub. Bu və başqa bir neçə şeirimi dustaqlar köçürüb saxlayırdılar. Çox yəqin onlardan biri də İbrahim olub", - deyə Şəhriyar del Gerani qeyd edib.

Müəllif arxivindən həmin şeirin əlyazmasını da təqdim edib.

Urmiya dəryası nə üzməlidir,
Ay quş olub üstündə süzməlidir,
Urmiya qızları nə sevməlidir,
Sevməli deyirəm - səni deyirlər
Ölməli deyirəm - səni deyirlər...


Qapına gəlləm,
Qarşında qul ollam,
Özümdən sənə yolam
Yolçu deyirlər.
Sevməli deyirəm - səni deyirlər
Ölməli deyirəm - səni deyirlər.


Yolam - saçımı yolam,
Qulam - saçımı yolam,
Mən dəli olannan
Səni deyirlər...

Şəhriyar Del Gerani
avqust, Təbriz 2012

Xatırladaq ki, Şəhriyar del Gerani və şair həmkarı Fərid Hüseyn 2012-ci il Təbrizdə həbs edilmişdilər.

***

Mahnının ifaçısı İbrahim Əlizadə isə Şəhriyarın "Səni deyirlər"in müəllifi olması ilə bağlı dediklərini təkzib edib. O, Unikal.org saytına müsahibəsində bu əsərin aşıq musiqisi olduğunu və 25 il öncə oxunduğunu əlavə edib:

“O vaxt bu qədər məşhur deyildi. Hətta mənim atam Əlixan Əlizadə davul ifaçısıdır. O da getdiyi toylarda aşıq ritmində bu mahnını ifa edirdi. Amma mən mahnının musiqisinə dəyişiklik elədim, ritmik formada xalqa təqdim etdim”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024