Mobil versiya
Mətbuat Şurası bıçaqlanmaya görə Ramil Usubova müraciət ETDİ
Tarix: 03-09-2018 | Saat: 15:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mətbuat Şurası bıçaqlanmaya görə Ramil Usubova müraciət ETDİ


Azərbaycan Mətbuat Şurası mətbuat yayımı əməkdaşı Sakit Həsənova fiziki xəsarət yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət ünvanlayıb.



aia.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, S.Həsənov 30 avqust 2018-ci il tarixdə gecə saatlarında naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə zərərçəkənin yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə yaşayış massivində qeydə alınıb. Nəticədə S.Həsənov döyülüb və ona soyuq silahla xəsarət yetirilib. Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş S.Həsənovun vəziyyəti ağırdır.



Müraciətdə həmçinin baş vermiş hadisənin müvafiq hüquqi qiymətinin alması üçün kömək göstərilməsi xahiş olunur, S.Həsənovun üzləşdiyi durumun ətraflı araşdırılacağına, günahkarların müəyyənləşdirilərək layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024