Mobil versiya
4 uşaq atası intihar etdi - Səbəbi heç kimə məlum deyil
Tarix: 01-09-2018 | Saat: 13:28
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

4 uşaq atası intihar etdi - Səbəbi heç kimə məlum deyil


Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

BakuPost xəbər verir ki, rayonun Çaylı kənd sakini, 1980-ci il təvəllüdlü Həmidov Mais Əlipənah oğlu özünü asaraq öldürüb.

Məsələ ilə bağlı saytımıza danışan mərhumun qardaşı Elşən Həmidov bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib: "Rayonda beton kanalın yanındakı fermada çoban işləyirdi. Səhər gedib heyvanları açmağa, elə orada da özünü asıb”.

Onun sözlərinə görə Maisin səhhətində və dolanışığında heç bir problem olmayıb: "Problemsiz, sakit adam idi. Nəyə görə belə addım atıb, bilmirik. Hamımız şokdayıq”.

Mərhum ailəli imiş, 4 azyaşlı uşağı var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024