Mobil versiya
Baş redaktor reanimasiyaya yerləşdirildi - Həyat yoldaşından DİN-ə müraciət
Tarix: 31-08-2018 | Saat: 17:14
Bölmə:Gündəm | çapa göndər

Baş redaktor reanimasiyaya yerləşdirildi - Həyat yoldaşından DİN-ə müraciət


Dünən axşam saatlarında qəfildən halı pisləşən və 5 nömrəli xəstəxanaya yerləşdirilən jurnalist, "azinforum.az” saytının baş redaktoru Məhəmmədəli Qəriblinin vəziyyəti kritikdir.

Bu barədə BakuPost-a jurnalistin xalası oğlu məlumat verib. Ona konkret diaqnoz qoyulmasa da, ailə üzvlərinə M. Qəriblinin beyninə qan sızma ehtimalının nəzərdən keçirildiyi deyilib.

Jurnalistin həyat yoldaşı da facebook-da status yazaraq onu bu vəziyyətə salan şəxsin Osman Nərimanoğlu olduğunu bildirib və hüquq-mühafizə orqanlarına müraciət edib. Onu da əlavə edib ki, qızı ilə özünün həyatı təhlükədədir.

Məlumat üçün bildirək ki, iş yoldaşları M. Qəriblinin vəziyyətinin dünən O. Nərimanoğlu ilə telefon danışığından sonra pisləşdiyini deyiblər.

Qeyd edək ki, Məhəmmədəli Qəribli ilə Osman Nərimanoğlu arasında münasibətlər bir müddətdir ki, gərginləşib. Buna səbəb ikinci tərəfin birinci tərəf barəsində öz saytında tənqidi yazılar dərc etməsi olub. Daha sonra tərəflər arasındakı gərginlik pik həddə çatıb. Hətta O. Nərimanoğlu Qəribliyə görə intihar edəcəyini də deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024