Mobil versiya
Həccə gedənlərin ilk qrupu sabah Azərbaycana qayıdır
Tarix: 31-08-2018 | Saat: 13:43
Bölmə:Gündəm | çapa göndər

Həccə gedənlərin ilk qrupu sabah Azərbaycana qayıdır


Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah vətənə dönürlər. aia.az bildirir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Zəvvarların digər qrupları isə sentyabrın 4-ə qədər Azərbaycana qayıdacaq. Zəvvarlar 8 təyyarə ilə avqustun 11-dən 15-ə qədər Həcc ziyarətinə yola düşüblər.


Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərin sənədləri qəbul edilib. Zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir.

Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edir. Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində ardıcıl ziyarətə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024