Mobil versiya
“Tənqidsiz necə işləmək, yaşamaq olar?” - Qurban Qurbanov
Tarix: 31-08-2018 | Saat: 10:49
Bölmə:Manşet / İdman | çapa göndər

“Tənqidsiz necə işləmək, yaşamaq olar?” - Qurban Qurbanov


"Futbolçularımı təbrik edirəm. Sonadək yaxşı oynadılar, əsl idman xarakteri göstərdilər. Bu komandayla fəxr edirəm. Nəyi görmək istəyirdim, onu da gördük”.

Qol.az xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində Moldovanın "Şerif" klubuyla cavab matçından sonrakı mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis öncə 3:0 hesabıyla qalib gələrək qrupa çıxdıqları görüş haqda fikirlərini bildirib:

"Ardıcıl 5-ci dəfə pley-offda oynadıq vər hamısından qalib ayrıldıq. Klub rəhbərliyini təbrik edirəm. Onlar həmişə arxamızda olub. Azarkeşlərimiz möhtəşəmidi və onların hər birinə təşəkkür edirəm. Hamıya bu diqqətə. marağa görə minnətdarlığımı bildirirəm. Rəqibə də uğurlar arzulayıram. "Şerif" bizə çətinlik yaratdı”.

- Əvvəlki oyunlarda komandada uyğunlaşmada problem görünürdü. Sizin istədiyiniz komandaya nə qədər var?

- Həmişə demişəm ki, nəticə olsa belə, problemlər var. Bunu bilirik və qabartmırıq. Çalışırıq ki, əlimizdə olan komandanın maksimum yaxşı oynamasına çalışaq. Baş məşqçi kimi düşünə bilərəm ki, istədiyim komandanı bu günədək formalaşdıra bilməmişəm. Ancaq komandamdan həmişə razı olmuşam. İradlarımızı, çatışmazlıqlarımızı komanda daxilində bildirmişəm. Bugünkü oyunda futbolçularımızın xarakterindən zövq aldım.

- Müdafiə xətti inamlı çıxış etdi. Yalnız Bədavi Hüseynovda bir az inamsızlıq vardı..

- Razıyam, rəqib də bundan istifadə edə bilərdi. Hər oyuna yaxşı motivasiya olunmuşuq. Bu dəfə də onu gördüm. Ümumən, bütün komanda müdafiə olunur, həm də hücum olunur.

- Sizcə, futbolçularımız psixoloji baxımdan daha çox yorulmuşdu, yoxsa fiziki? Onu da nəzərə alaq ki, son günlərdə komanda üzərində təzyiq vardı..

- Psixoloji yorğunluq fiizki yorğunluğa təsir göstərir. Başqa cür mümkün deyil. Ümumiyyətlə, idmanda hər hansı dəqiqlərdə bunu yaddan çıxarırsan. Çünki meydanda mübarizə aparırsan. Hər iki komponentdə yorğunluğun olması normaldı. Bu olmasaydı, xarakteri, istədiyimiz nəticəni görə bilməzdim.

- Qrupa düşməklə deməkolar ki, minimum hədəf nail oldunuz. Bundan sonra yeni transferlər gözlənilirmi?

- Açığı, dünən Araz Abdullayevlə bağlı fikrimi bildirmişəm. Hələ ki bir şey edə bilmirik. Ancaq yeni transfer istəyirəm. Araz son 2 gündə fərdi məşq etdi. Klublarıyla razılıq olsa, Arazı transfer edəcəyik. Sabah gecə "transfer pəncərəsi" bağlanır.

- BATE-yə məğlubiyyətdən sonra sosial mediada həm sizə, həm də kapitanınıza xeyli tənqid vardı. Onlara cavabınız var?

- Sosialşəbəkədə yoxam və başda Qol.az saytı olmaqla mediadakı tənqidləri oxumuşam. Həmişə bu fikirlərə normal yanaşmışam. Tənqidsiz necə işləmək, yaşamaq olar? Açığı, belə uğursuz oyunlardan sonra bir az tələsik tənqid olur. Nəticədə futbolçular oyuna gərgin çıxır ki, bu məni narahata edirdi. Azarkeşlərə narazılıq edə bilmərəm. Onlar bizi dəstəkləyirlərsə, tənqid etməyə haqları var. Çünki nəticə istəyirlər. Futbolu onlar üçün oynayırıq, onları sevindirmək istəyirik.

- Bu 5-ci vəsiqə daha önəmli idi. Çünki futbolumuzda,"Qarabağ"da eniş haqda danışılırdı. Demək olarmı ki, bu qələbə ikiqat sevincli oldu?

- Həqiqətən bu uğur vacib idi. Hər il nə qədər uğur qazanırıqsa, növbəti il daha çox tələb edirlər. Bu qələbə futbolumuzun inkişafı üçün daha böyük şansdı.

- Qrup oyunlarınız yenə Bakı Olimpiya Stadionunda ola bilərmi?

- Tofiq Bəhramov adına Respublika stadionunu sifariş etmişik. Ancaq başqa bir şey olsa, buna hazırıq.

- Qrupda hansı üslublu komandalarla düşməməyə üstünlük verərdiniz?

- İnanın ki, fərqi yoxdu. Bu gün futbol o səviyyəyə gəlib ki, daha çox rəqibə uyğun oynayırlar və bunun əsasında nəticə qazanmağa çalışırlar. Əlbəttə. bunu böyük komandalara aid etmirəm. Qalanları eyni səviyyəli komandalardı və bu zaman bizə daha çətin olur. Nəticəyə görə hər oyunda komandalar fərqli futbol göstərir. Kim düşsə, xeyirlisi. Rəqiblərdən asılı olmayaraq uğurlu çıxış etməyə çalışacağıq.

- "Astana" da qrupa düşdü. Onunla rəqib olmaq sizə maraqlı olar?

- Belə heç vaxt arzu etməmişəm ki, kimsə bizə düşsün. Hansı bizə xeyirlidirsə, o da düşsün. "Astana" düşsə, lap iaxşı olsa. Almeydaya gəlincə, onu bir neçə gündən sonra millidə görəcəyəm (gülür).

- Son vaxtlar yetərincə sıx qrafikdə olsanız da, böyük enerjiyə maliksiniz. Bunu hardan alırsınız?

- Son vaxtlar iş, gərginlik həddən artıq çox olur. Bəzən çox yoruluram. Mənə bu komandalar tapşırılıb, həvalə olunub. Çalışmalıyam kki, yorulmağımıza baxmayaraq, bütün gücümü əsirgəməyim. Başqa bir işimiz də yoxdu. İnanın ki, son vaxtlar evdə normal olmuram. Hətta bəzən uşaqılar küsürlər. Düşünürəm ki, qarşıda çox vacib oyunlar gəlir. Çalışıb özümüzü toparlamıyıq. Bir olaraq yaxşı nəticə əldə etməyə çalışacağıq. Sağ olsun "Qarabağ" və AFFA rəhbərliyi, hər bir halda məni başa düşürlər. bəzən güzəştə gedirlər. Mənə güvəniblərsə, etimadı doğrultmalıyam.

- Bu qələbədən sonra Millətlər Liqaısnda ilk oyunda uğurlu nəticə gözləyə bilərikmi?

- Ümumiyyətlə, hər bir uğurumuz milli komandaya böyük köməkdi. Bugünkü qələbə futbolçulara ən azından böyük inam verəcək. Peşəkaram və çalışacam ki, hər bir yerdə özümü motivasiya edim. Əlbəttə. qalib gəlməyimiz mənə də əlavə güc, istirahət verəcək. Futbolçular millidə istəkli olacaqlar və çalışacaqlar ki, azarkeşləri qələbəylə sevinsinlər.

- Keçənilki "Şerif" sizə daha çox çətinlik yaratdı, yoxsa budəfəki?

- Onda da güclü idi, bu dəfə də. Ola bilər ki, bu il daha yaxşı müdafiə olunurdu. Oyun sistemləri fərqli idi.

- Zədəli Dani Kintana qrupda oynaya biləcəkmi?

- Dani burda əməliyyat olundu, 7 gün sonra yenidən müayinə olunacaq. Bir ay sonra oynaya bilər. Miçel də istirahətdən sonra komandaya qoşula biləcək.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024