Mobil versiya
Elmar Məmmədyarov Li Syaolini qəbul edib
Tarix: 30-08-2018 | Saat: 17:40
Bölmə:Siyasət | çapa göndər

Elmar Məmmədyarov Li Syaolini qəbul edib


Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Xarici ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin sədri, partiya komitəsinin katibi xanım Li Syaolini qəbul edib.

XİN-dən aia.az-a verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən xanım Li Syaoli səmimi qonaqpərvərliyə görə öz təşəkkürünü bildirib.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edən tərəflər Heydər Əliyev Fondu ilə sözügedən qurum arasında imzalanmış dostluq və əməkdaşlıq haqda memorandumun humanitar və mədəni sahədə əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcəyinə əminliklərini ifadə ediblər. Habelə, tərəflər mədəniyyət, gənclər və turizm sahəsində layihələrinin xalqlar arasında təmasların daha da yaxınlaşmasına xidmət edəcəyini xüsusilə qeyd ediblər.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Çinin beynəlxalq arenada bir-birinin ərazi bütövlüyü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğulayıb. Həmçinin, nazir Elmar Məmmədyarov Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsinin regionun iqtisadi inkişafı üçün geniş imkanlar açdığını və sözügedən layihənin reallaşmasının ticarət dövriyyəsinin artımına töhfə verəcəyini qeyd edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024