Mobil versiya
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatıb
Tarix: 30-08-2018 | Saat: 17:39
Bölmə:Təhsil | çapa göndər

Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatıb


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) üçün ödənişsiz əsaslarla nəzərdə tutulan bütün plan yerləri dolub. İlk tədris ili üçün ödənişsiz əsaslarla islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla cəmi 60 nəfər abituriyentin qəbulu həyata keçirilib.

Aİİ-dən aia.az-a bildiriblər ki, artıq bu gün sonuncu abituriyent də sənədlərini instituta təqdim etməklə qeydiyyatdan keçib. Qeydiyyatdan keçən abituriyentlərdən dinşünaslıq ixtisası üzrə ən aşağı bal 217, ən yüksək bal 463, islamşünaslıq ixtisası üzrə ən aşağı bal 177, ən yüksək bal isə 396 bal olub.

Qeyd edək ki, 2018-2019-cu tədris ili üçün Aİİ-də ilk dəfə tələbə qəbulu həyata keçirilib. İnstituta tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə üçüncü ixtisas qrupu üzrə iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə aparılıb.

İnstitutda tədrislə bağlı hazırlıq işləri davam edir. Təhsil standartları hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunub. Hazırda tədris planı və tədris ili ilə bağlı digər işlər yekunlaşmaq üzrədir.

İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin dini elmlərlə yanaşı, fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlər tədris olunacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2024