Mobil versiya
Göygöl – iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur
Tarix: 30-08-2018 | Saat: 17:25
Bölmə:Manşet / Ölkə / Seçilənlər-1 | çapa göndər

Göygöl – iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur




Arif Seyidov: “Rayonda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir”

Füsunkar təbiətə, maraqlı tarix və mədəniyyət abidələrinə malik olan Göygöl rayonu bu gün turizmin inkişafı üçün Azərbaycanın ən əlverişli bölgələrindən biridir. Yüksək dağ zonasında yerləşən Göygöl Milli Parkı Dövlət başçımızın 01 aprel 2008-ci il tarixli, 2744 saylı sərəncamı ilə Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, təbii resursların səmərəli istifadə edilməsi, ekoturizmin inkişaf etdirilməsi və respublikanın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə yaradılmışdır.

Eyni zamanda da bu gün Azərbaycanda dövlət tərəfindən uğurla həyata keçirilən və birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin daima öz diqqətində saxladığı iqtisadi islahatlar digər regionlarımız kimi, Göygölün də sürətli inkişaf yoluna çıxmasını təmin etmişdir. Xüsusilə son bir neçə ildə rayonun İcra Hakimiyyətinin başçısı Arif Seyidovun rəhbərliyi altında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulan məqsədlərin reallaşması, nəzərdə tutulmuş layihələrin icra edilməsi istiqamətində Göygöldə çox işlər görülmüşdür.


Abadlaşdırma və yenidənqurma işləri daima diqqət mərkəzindədir



Rayon İcra Hakimiyyətindən təqdim olunan məlumatlara əsasən, 2018-ci ilin ilk 6 ayında Göygöldə istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.

Göygöl şəhərinin Fərman Kərimzadə küçəsində və Qızılqaya qəsəbəsində yerləşən çoxmənzilli binaların 5-nin dam örtüyü dəyişmiş, həmin binalardan 2-nin, ondan başqa 21-ci məhəllədə və M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 mərtəbəli binaların fasad hissələri suvanmış və rənglənmişdir.

Göygöl şəhərinin Ordubadi, Mikayıl Müşfiq və İsrafil Məmmədov küçələrinə asfalt örtük salınması üçün işlərə başlanılmış, hazırda 2000 kvm səkilərə, yol hissəsinə isə 4000 kvm asfalt örtük salınmış, 1500 p/m su ötürücü arxlar düzülmüşdür.


Yol mədəniyyətdir




Son illər Göygöl rayonu ərazisində yol-nəqliyyat infrastrukturu da durmadan təzələnir, bu əsasda rayonun siması dəyişir və müasirləşir. Xüsusən də rayonda başdan-başa həyata keçirilmiş daxili layihələr ürək açır.

3 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən 18 km uzunluğunda Bakı-Qazax magistral avtomobil yolunun 353 km-dən - Çaylı - Pənahlılar - Dozular kəndarası avtomobil yolunda əsaslı təmir işləri aparılaraq yola asfalt örtük

salınmışdır. Göygöl - Aşıqlı - Hacıkənd - Mixaylovka - Yeni-Zod - Toğanalı kəndarası və Göy-Gölünədək gedən avtomobil yolu əsaslı təmir edilərək asfalt örtük salınmasına başlanılmış və hazırda işlər davam etdirilir.



İqtisadi göstəricilər artır




Göygöl rayonu üzrə 2018-ci ilin ilk 6 ayı ərzində iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 83 milyon 152,3 min manat, ondan 47 milyon 885,0 min manatı (57,6 %) istehsal sahələrini, 35 milyon 267,3 min manatı (42,4 %) xidmət sahələrini təşkil etmiş, adambaşına 1305,1 manat dəyərində məhsul istehsal edilmişdir.

Heyvandarlıq sahəsində yüksək göstəricilərə nail olmaq məqsədi ilə heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə dəyərinin 50 %-ni ödəmək şərti ilə 7 baş cins mal-qara satılaraq cins mal-qaranın sayı 181 başa çatdırılmışdır. Eyni zamanda 446 baş mal-qara süni yolla mayalandırılmış, 200 baş cins bala alınmışdır.

Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 107 ədəd subartezian quyusunda cari, 4 subartezian quyusunda əsaslı təmir işləri aparılmışdır. Qapalı boru şəbəkəsinin 2,0 km, beton kanalların isə 5 km hissəsi təmir edilmiş, daşqınların qarşısını almaq məqsədilə çay məcrasında 123 min kub metr həcmində təmizləmə işləri görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Qızılqaya və Hacıməlik qəsəbəsində, Yeni Qızılca, Balçılı kəndində qazılması nəzərdə tutulmuş subartezian quyusundan Hacıməlik qəsəbəsində və Yeni Qızılca kəndində qazılmış, qalan 2 ədəd subartezian quyusunun qazılması istiqamətində işlər davam etdirilir.


Əhalinin rifah səviyyəsi yüksəlir



Cari ilin 6 ayı ərzində rayon büdcəsinin gəlirləri (dotasiyasız) 2 milyon 39 min manat proqnoza qarşı 2 milyon 348,0 min manat və ya 115,1 %, büdcənin xərcləri isə 2 milyon 889,3 min manat proqnoza qarşı 2 milyon 501,7 min manat və ya 86,5 % icra edilmişdir.

Rayonun Çaylı, Pənahlılar, Üçtəpə, Xaqani, Əzgilli kəndlərində hava elektrik verilişi xətləri özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunmuş, hazırda 334 ədəd dayaq basdırılaraq 9,0 km uzunluğunda xətt çəkilmişdir.

Əhalinin təbii qaz təchizatını yaxşılaşdırmaq məqsədilə hesabat dövründə 62 ədəd qaz tənzimləyici şkaflar və 325 ədəd siyirtmələr əsaslı təmir edilmiş, tikintisi davam etdirilən Qızılca kəndində 2099 p/m, Yeni Qızılca kəndində 14165 p/m müxtəlif diametrli qaz xətləri çəkilmiş, 734 ədəd qaz sayğacları quraşdırılmışdır. Hazırda işlər davam etdirilir.

Göygöl rayonunda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov bildirmişdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, eyni zamanda quruculuq abadlıq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq rayonda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Əminliklə demək olar ki, bu gün Göygöl rayonunun həm əhalisi, həm də rəhbərliyi artıq əldə olunmuş nailiyyətləri daha da yüksəltməkdə tam qərarlıdırlar. Heç şübhə yoxdur ki, rayon rəhbərliyi və bütün yerli sakinlər ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri əldə rəhbər tutaraq, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin etmək məqsədilə bundan sonra da bütün imkanlarını hər zaman tam səfərbər edəcəklər.

aia.az

Murad Əsədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024