Mobil versiya
“O bağçanı dövlət üçün tikmişdim” - Keçmiş başçı körpələr evinin ona məxsus olduğunu təsdiqlədi
Tarix: 30-08-2018 | Saat: 16:35
Bölmə:Gündəm | çapa göndər

“O bağçanı dövlət üçün tikmişdim” - Keçmiş başçı körpələr evinin ona məxsus olduğunu təsdiqlədi


Yasamal Rayonunun keçmiş icra başçısı İbrahim Mehdiyev ona məxsus olduğu deyilən körpələr evində uşağın döyülməsi ilə bağlı iddialara reaksiya verib.

aia.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən İbrahim Mehdiyev uşaq bağçasında azyaşlının döyülmədiyini bildirib və bağçanın özünə məxsus olduğunu təsdiqləyib:

"O uşaq bağçası ölkənin ən qabaqcıl və yaxşı şərait yaradılan özəl körpələr evindən biridir. Orada uşaqların tərbiyəsi üçün hər cür şərait yaradılıb. Məsələdən mən də xəbərdaram. Fəridə adlı xanım oranın idarəçiliyini edir. O, mənim qohumum deyil. Mən o zaman həmin bağçanı dövlət üçün tikmişdim. Amma Bakı Şəhər İcra Hakimiyyəti bildirdi ki, bizim vəsaitimiz yoxdur maliyyələşdirməyə, get özəlləşdir, ver kimə istəsən işlətsin. Mən də özəlləşdirib, Fəridə xanıma işlətməyə verdim. Prokurorluq körpələr evində yoxlama aparıb. Kameralara baxıblar, görüblər belə hadisə olmayıb. O valideyn çətin adamdır. Şələşür bir adamın sözünə hamı inanmalıdır?"

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024