Mobil versiya
350 hərbçi “Taliban”ın pusqusuna düşdü - Yenilənib
Tarix: 27-08-2018 | Saat: 16:42
Bölmə:Dünya | çapa göndər

350 hərbçi “Taliban”ın pusqusuna düşdü - Yenilənib


Əfqanıstanın Fəryab əyalətində pusquya düşən əfqan təhlükəsizlik qüvvələrinin əməkdaşları talibançıların hücumunu uğurla dəf ediblər.

AzVision.azxəbər verir ki, bu barədə "1TV” telekanalı Əfqanıstan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Əfqanıstanın Müdafiə Nazirliyi Fəryab əyalətində "Taliban”ın hərbçilərə hücum faktını təsdiqləyib və bəyan edib ki, toqquşma zamanı qarşı tərəfin hücumu dəf edilib və əfqan hərbçilərinin olduğu maşın karvanı artıq təyin olunmuş yerə - Kaysar rayonuna çata bilib.

***
Əfqanıstan təhlükəsizlik qüvvələrinin 350 nəfər əməkdaşından ibarət qrupu Fəryab əyalətinin mərkəzi Meymene şəhərinə yola düşərkən "Taliban” silahlı hərəkatının pusqusuna düşüb.AzVision.azxəbər verir ki, bu barədə Əfqanıstanın "TOLOnews” agentliyi məlumat yayıb. Yerli orqanlar "Taliban"çılarla toqquşmanın davam etdiyini bildiriblər.

Qeyd edək ki, bundan əvvəl "Taliban” qruplaşmasının döyüşçüləri Əfqanıstanın şimal-qərbində yerləşən Fəryab əyalətindəki hərbi bazanı ələ keçirmişdilər. Silahlı toqquşma nəticəsində 17 əfqan hərbçisinin öldürüldüyü bildirilmişdi.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024