Mobil versiya
Şəhriyar Məmmədyarovdan ŞOK açıqlama: “Məndən güclü neçə idmançı var ki, bir sponsor tapılmadı?”
Tarix: 27-08-2018 | Saat: 11:18
Bölmə:Manşet / İdman | çapa göndər

Şəhriyar Məmmədyarovdan ŞOK açıqlama: “Məndən güclü neçə idmançı var ki, bir sponsor tapılmadı?”




Azərbaycanın məşhur şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin VIII turunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə heç-heçə etdiyi görüşdən sonra şəxsi “Facebook” səhifəsində şikayətlənib.



Modern.az-ın məlumatına görə, şahmatçımız sponsoru olmadığını, yarışlara öz puluna getdiyini bildirərək, artıq yorulduğunu vurğulayıb.



“Sabahınız xeyir. Yorğunluqdan indicə yuxudan durdum. Burda gecə saat 01:47-dir. Bu gün Karlsenlə 5 saatdan cox oynadım və açığı çətin mübarizə oldu, debütdən böyük üstünlüyüm vardı, sonda bir az pis vəziyyət aldım və rəqib 5 saat udmaga calışdı. Və belə qərara gəldim ki, daha 40-45 günlük turnirlərə son goyacam, gərək az oynayıb özümdə güc saxlayım.

Bu əlbəttə ki, biabırçılıqdı, bu qədər arda-arda oynamaq... Bu gün jurnalist mənə sual verdi ki, "səni bu qədər oynamağa məcbur edən nədir?". Utandım deyim ki pul!

Deyə bilmədim ki, mənim kimi professional oyunçunun sponsuru yoxdur və hətta bütün yarışlara öz hesabıma gedirəm. Burda bütüm digər oyunçuların sponsoru var. Amma yenə sabah oyun var, gərək yenə hazırlaşım!

Çox heyif, amma şahmat belə artıq məni bezdirir! Yorulmuşam! Sabah yenə oynamaq lazımdır! Arada fikirləşirəm ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə 1 sponsor tapılmadı??

Azərbaycana sevgim sonsuzdur, amma heyif ki, mənim gücüm sonsuz deyil, bir gün mən o Şəhriyar Məmmədyarov olmayacam. Onda isə bu söhbətlər sadəcə mənasız olacaq!”.


Qeyd edək ki, 33 yaşlı Şəhriyar Məmmədyarov hazırda FIDE reytinqində 3-cü pillədə qərarlaşıb.


Xatırladaq ki, Azərbaycan Şahmat Federasiyasının sədri Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovdur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə