Mobil versiya
Balaca Amil ilə Aygünü darda qoymayaq – FOTO
Tarix: 27-08-2018 | Saat: 11:05
Bölmə:Manşet / Ölkə | çapa göndər





Goranboy rayonu İşıqlar kənd sakinləri 4 oktyabr 2011-ci il təvəllüdlü Amin İbrahim oğlu Əliyev və bacısı 19 iyul 2016-cı il təvəllüdlü Aygün İbrahim qızı Əliyeva eşitmə qabiliyyətinin kəskin zəif olmasından əziyyət çəkirlər.

Bu barədə uşaqların atası İbrahim Əliyev mətbuata açıqlamasında bildirib ki, bu il uşaqları Bakıya “Lor Hospital”a gətiriblər və orada müayinə olunublar. Nəticədə hər iki uşağın eşitmə qabiliyyəti 4-5 faiz göstərilib:

“Bu, ən ağır dərəcə hesab olunur. Onları həkim Xəyyam Məsiyev yoxlayıb. Hər iki uşaq üçün xüsusi aparat alındı, amma heç bir effekti olmadı. Daha sonra uşaqlara implant əməliyyatı təklif olundu. Uşağın birinə 35 min manat pul istədilər. Bizim də buna heç cür imkanımız çatmır. Biz buna görə xalqımızdan kömək istəyirik. Əsas oğlum üçün narahatam. Çünki hazırda onun vəziyyəti ağırdır. Uşaqların yaşına görə hər gün əleyihnə doğrudur, yaşı keçir... Yeddi yaşdan sonra əməliyyat olmaz. Dəqiq oktyabr ayına kimi vaxtımız var.”

İ.Əliyev ailənin maddi imkansızlıqdan əziyyət çəkdiyini deyərək, qeyd olunan məbləğin tezliklə toplancağına ümid etdiyini söyləyib:

“Ailəm 7 nəfərdən ibarətdir: özüm, həyat yoldaşım, 3 övladım, atam və anam. Mən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Goranboy rayonu Subartezian quyularının istismarı idarəsində montiyor işləyirəm. Hər ay 130 manat maaş alıram. Həyat yoldaşım uşaq bağçasında işləyir və 150 manat maaş alır. Atam ürək, şəkər xəstəsidir, Anam isə beynindən əməliyyat olunub.

Ümidvarıq ki, iş adamları, imkanlı şəxslər bu azyaşlı Amil ilə Aygünü darda qoymayacaqlar.

Gəncə şəhər Kapital Bank hesabı:

380194400564513001 AZN

381184000564513002 USD

AZE 15478200

Əlaqə nömrəsi: (+994) 70 259 88 68



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024