Mobil versiya
Arif Babayevin səhhətində problem yaranıb - Türkiyəyə müayinəyə gedir
Tarix: 27-08-2018, 10:21 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Arif Babayevin səhhətində problem yaranıb - Türkiyəyə müayinəyə gedir


Azərbaycanın xalq artisti, professor Arif Babayev səhhətində yaranmış narahatlıqla bağlı Türkiyəyə gedəcək.

Modern.az-a danışan xanəndə bunun ayaqlarında yaranmış problemlə bağlı olduğunu vurğulayıb:

"Ciddi bir şey olmasa da, məni çox narahat edir. Həkimlərin bildirdiyinə görə, dizdə yağ əriyir. Mətbuat nümayəndələri soruşanda deməyə çəkinirəm. Sonra götürüb yazacaqlar "Arif ölür”, "Arif ağır vəziyyətdədir”. Bilirsiniz insana, xüsusilə sənət adamına öz haqqında bu cür yazılar oxumaq xoş deyil. Biz səhnə adamıyıq, həssasıq. Bunları nəzərə almaq lazımdır. Keçən dəfə ölkədəki xoşagəlməz hallarla bağlı pis olduğumu demişəm. Pis ola bilərəm də, normaldır. Axı mən də insanam, cəllad deyiləm. Sonra götürüb ağıllarına gələni yazdılar”.

A.Babayev hazırda müalicə üçün Qaxda olduğunu bildirib:

"Yəqin ki, burdan da Türkiyəyə gedəcəm”.

aia.az



5196 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

12-11-2019
08-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930