Mobil versiya
Siyəzəndə dəhşətli qəza : 6 nəfər öldü – Xəstəxanadan AÇIQLAMA
Tarix: 25-08-2018 | Saat: 16:24
Bölmə:Cəmiyyət | çapa göndər

Siyəzəndə dəhşətli qəza : 6 nəfər öldü – Xəstəxanadan AÇIQLAMA


Bu gün Siyəzən rayonunda “VAZ 2107” markalı avtomobillə “Daewoo” markalı avtomobil toqquşub. Qəza nəticəsində 6 nəfər hadisə yerində dünyasını dəyişib, 1 nəfər isə ağır xəsarət alıb.



Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Dadaş Hümbətov Modern.az-a açıqlamasında bildirib ki, hadisə nəticəsində dünyasını dəyişmiş şəxslərin meyitləri həkimlərin köməkliyi ilə Quba rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılır.



“Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə isə 13 yaşlı oğlan uşağı çox ağır vəziyyətdə gətirilib. Kəllə beyin travması alıb, xəstənin bud sümüyündə çoxlu sınıqlar, sıyrıqlar, kəsilmiş- deşilmiş yaralar var.



Xəstənin sağlıq durumu həddindən artıq ağırdır. Xəstə reanimasiyaya yerləşdirilib. Həkimlər onun üzərində lazımi reanimasyon tədbirlər aparılır.



Həmçinin xəstəxanaya travmatoloq, neyrocərrah, reanimotoloq dəvət edilib. Onlar xəstəni müayinə etdikdən sonra qərar versə ki, Bakıya aparaq o zaman xəstə Bakıya aparılacaq”.



Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri Qafqazinfo.az saytı yayıb.





aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə